Yunanıstan prezidenti Sakellaropulou və Yunanıstanın baş naziri Mitsotakis prezident Ərdoğana telefonla zəng edərək başsağlığı verib və yaralılara şəfa diləyib.
QHT.az xəbər verir ki, "Yunanıstan kömək əlini uzadıb: Biz dəstək verməyə hazırıq" - Rabitə Müdirliyindən verilən məlumata görə, zəlzələ ilə əlaqədar prezident Ərdoğanla telefonla danışan Yunanıstan prezidenti Sakellaropulou və Yunanıstanın baş naziri Mitsotakis həyatını itirənlərə başsağlığı verib, yaralılara şəfa diləyib.
Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Yunanıstanın zəlzələ səbəbindən bütün gücü ilə Türkiyənin yanında olduğunu vurğulayıb.
Mitsotakis, telekonfrans vasitəsilə müxtəlif nazirliklərlə keçirdiyi görüşdən əvvəl verdiyi açıqlamada zəlzələdən kədərləndiyini bildirib və ölkə olaraq Türkiyəyə bütün imkanların təqdim edilməsi lazım olduğunu qeyd edib.
Yunanıstanın zəlzələlərdə təcrübəli olduğunu ifadə edən Mitsotakis, zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə qatılmaq üçün Xüsusi Fəlakətlərə Müdaxilə Birliyinə (EMAK) bağlı qrupların Yunanıstandan göndəriləcəyini xatırladıb. Mitsotakis həmçinin Yunanıstanın Türkiyəyə dəstək təklif edən ilk ölkə olduğunu iddia edib.












