Qazaxıstan Milli Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzinin (SOME) verdiyi açıqlamaya görə, zəlzələ yerli vaxtla saat 19.02-də qeydə alınıb.

QHT.az xəbər verir ki, 5,4 bal gücündə zəlzələ ölkənin cənubunda Almatı şəhərindən 628 kilometr qərbdə baş verib.

Zəlzələ ölkənin cənubundakı Çimkənd və Taraz şəhərlərində də hiss olunub.