F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Liatris Holding, Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, C.Hacıyev adına 11 illik musiqi məktəbinin rəsmi tərəfdaşlığı ilə “Yer üzünün Günəşidir Xeyirxahlıq” adlı tədbir təşkil olunub.
Beynəlxalq Təmənnasız Xeyirxahlıq Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Himni C.Hacıyev adına 11 illik musiqi məktəbinin xor kollektivi ilə Səssiz Ünsiyyət - Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin eşitmə və nitq məhdudiyyətli inkluziv xoru ifa edib. Xora rəhbərliyi isə Səssiz Ünsiyyət-Jest Dilinin İnkişasına Dəstək İctimai Birliyinin jest dili tərcüməçisi Könül Quliyeva edib. Tədbirdə görmə məhdudiyyətli yeniyetmələr, 59 saylı uşaq bağçası və 229 saylı orta məktəbin şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə Liatris Holding rəhbəri Ruhi Əliyeva, millət vəkilləri Ceyhun Məmmədov və Jalə Rzayeva, Baba Vəziroğlu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Əliyeva, Azərbaycan Respublikası Uşaq Fondunun sədri Zəhra Bədəlbəyli, İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse prezidenti Hacı Quliyeva iştirak ediblər.
Pərvanə Fərhadqızı












