İsveçrənin akademik dairələrində yaxşı bir söz var. Deyirlər ki, biz yer kürəsini babalarımızdan miras almırıq, uşaqlarımızdan borc alırıq. Yəni babalarımızdan aldığımız kimi davranmamalıyıq, uşaqlarımızdan almışıq ki, yaxşı bir yer kürəsi qaytaraq. Bu çox vacib bir məqamdır. Bunu nəzərə almalıyıq. 

QHT.az xəbər verir ki, bu fikirləri bu gün “Qlobal iqlim dəyişmələri və Azərbaycan. Vətəndaş cəmiyyəti və vətəndaşlar nə edə bilər” mövzusunda keçirilən konfransın yekunları ilə bağlı çıxışında  İsveçrə Səfirliyi/İsveçrə Əməkdaşlıq Ofisi,  Milli Proqram Rəhbəri  Zahir Əhmədov bildirib.

 Zahir Əhmədov qeyd edib ki, bu gün keçirilən tədbir çox vacibdir, layihə yüksək səviyyədə icra olunub və burada iştirak edən  ekspertlərə minnətdarlığımı bildirirəm. Çoxtərəfli  əməkdaşlığı əhatə edən bu layihədə zəhməti olan bütün şəxslərə təşəkkür edirəm