2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30.2 faiz artaraq 2 milyon 85 min nəfər olub. Ölkəyə gələn turistlərin mənşə coğrafiyasında da dəyişiklik qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5 , Cənubi Koreyadan 3,3, Türkmənistandan 2,3, Hindistandan və Qazaxıstandan ayrı-ayrılıqda 1,9 dəfə artıb. Bu isə ondan xəbər verir ki, Asiya ölkələrində Azərbaycan turizminə maraq yüksəlib.

QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, say baxımdan Azərbaycana gələnlər içərsində ilk üçlük qonşu ölkələrin payına düşür: “Turistlərin 30,0 faizi Rusiya, 18,1 faizi Türkiyə, 7,9 faizi isə İrandan gəlib. Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”.

 

 

Pərvanə Fərhadqızı