“İslahatçı Qadınlar və İnnovasiayalar” İctimai Birliyi “Bir gün evimizə qayıdacayıq” layihəsinə başlayıb.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunur. Layihənin  əsas məqsədi  bir əsrdə dörd dəfə öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımıza, Qərbi azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılan etnik təmizləmə siyasəti ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır. Dörd ay müddətində  reallaşacaq layihədə öz torpaqlarından  zorla qoparılmış  soydaşlarımızın keçirdikləri hislər, onlara dəymiş mənəvi ziyan, yaşadıqları qaçqın həyatı barədə hekayələri lentə alınaraq, beynəlxalq ictimaiyyətə erməni  zorakılığının təzahürü kimi  nümayiş etdiriləcək.

Qeyd edək ki, hər biri 3 dəqiqədən ibarət olan hekayələrdə erməni vəhşiliyinə məruz qalmış soydaşlarımızın həyat ağrıları, xatirələri yer alacaq. Həyat hekayələrindən ibarət olan çəkiliş materiallarından ibarət son versiyasının ictimai təqdimatı oktyabr ayında keçiriləcək.

 

 

Pərvanə Fərhadqızı