Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını 2 gün Bərdə şəhərində gözlədikdən sonra artıq Ağdam rayonu ərazisindədir.

QHT.az xəbər verir ki, yardım Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə, ehtiyacı olan insanlara paylanılacaq. 30 ildən sonra, uzun müddətli təzyiq, maneələrə baxmayaraq,  bu yol artıq istifadə olunur. Azərbaycan bu tarixi yolu açmış oldu, bu növbəti qələbəmizdir.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumna əsasən, Rusiya tərəfindən bu tırı sentyabr ayının 9 –dan yola salınmışdı. Yardımın qarabağlı ermənilərə çatdırılması, regional sabitlik və insanların rifahına kömək etmək məqsədilə aparılır.

 

Pərvanə Fərhadqızı