“Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində iştirak etdim və Azərbaycanın uğurlu gələcəyinə səs verdim. Etiraf edim ki, səs verdiyim məntəqədə bu gün gördüyüm seçici fəallığı indiyə qədər gördüyüm ən yüksək fəallıq idi. Bülleten almaq üçün növbədə təqribən 30 dəqiqə vaxt keçirdim”.

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib. Rektor qeyd edib ki, ölkəmizdə keçirilən Zəfər seçkisində Zəfər qazanmış İlham Əliyevlə Azərbaycanın yeni dövrü başladı: “Yeni dövr bütün sahələrdə Zəfər dövrü olacaq”.