Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ceyhun Abbasov 1986-cı il fevralın 8-də Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2012-ci ildən ordu sıralarında xidmət etməyə başlayıb. 2016-cı ilin "Aprel döyüşləri" və 2020-ci ilin "Tovuz döyüşləri"nin iştirakçısı olub. Ceyhun Abbasov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və sentyabrın 28-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Ceyhun Abbasov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!