“Əsl nehrə yağını kəsdikdə yaranan tər damlaları ilkin təəssürat yaradır. Təmiz yağ yumşalıb yaxşı yayılmalıdır. Yağın tərkibində A, E və D vitamini mövcuddur ki, bu da dəri, saç, dırnaq sağlamlığında mühüm rola malikdir”.

Bu sözləri Qidalanma mütəxəssisi Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, immun sisteminin güclü olması üçün D vitamini çox faydalıdır: “Günlük 25-30 qram bədənimizə yağ daxil olmalıdır. Səhər 7-də oyanıb su qəbul etmək də önəmlidir. Bununla orqanizmdə yığılan toksinlər xaric olur. Səhər yeməyi üçün ən ideal vaxt saat 10 hesab olunur. Bu vaxt mədə qida qəbul etməyə hazırdır. Yeməkdən sonra çay qəbulu qan azlığına səbəb olur. 1-2 saat çay üçün gözləmək lazımdır”.

 

Pərvanə Fərhadqızı