2023-cü ildə Rusiya bazarında minik avtomobilinin orta qiyməti keçən ilki dəyərlərlə müqayisədə 13,5 faiz artaraq 2,6 milyon rubla yüksəldi. 2022-ci ildə bu göstərici 2,29 milyon rubl səviyyəsində olub.

QHT.az xəbər verir ki, Rusiyada işlənmiş avtomobillərin orta qiyməti də artıb. Ötən illə müqayisədə bu rəqəm doqquz faiz artaraq 1,3 milyon rubla çatıb. Belə ki, işlənmiş avtomobilin orta qiyməti yeni avtomobilin orta qiymətindən iki dəfə aşağı olub. 2023-cü ilin birinci yarısında Rusiya bazarında işlənmiş avtomobillərin orta qiyməti 7,8 faiz artaraq 1,417 milyon rubl təşkil edib.

 

Pərvanə Fərhadqızı