Bu gün Bakıda “World Business Center”in Konfrans zalında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda Dəyirmi Masa keçirilir.

QHT.az xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ekspertlər, ictimai fəallar və media təmsilçiləri iştirak edirlər.