UNEC kollektivi Xocalı soyqırımının 32-ci ildönümündə "Ana harayı" abidəsini ziyarət edərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
QHT.az xəbər verir ki, Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyəcək!
613 nəfər həlak olub;
1275 nəfər girov götürülüb;
150 nəfərin taleyi indiyədək məlum deyil;
487 nəfər yaralanıb;
8 ailə tamamilə məhv edilib;
25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Qeyd edək ki, Xocalı faciəsi xalqımızın əzmini, mübarizliyini qıra bilmədi. Qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə günahsız Xocalı qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik!
Pərvanə Fərhadqızı










