Hər bir insan öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir. Hər bir insan öz ölkəsində dövlət qulluğuna hamıyla bərabər yol tapmaq hüququna malikdir. Xalqın iradəsi hökumətin hakimiyyətinin əsası olmalıdır; bu iradə, vaxtaşırı və saxtalaşdırılmadan, ümumi və bərabər seçki hüququ əsasında, gizli səsvermə yolu ilə və yaxud səsvermə azadlığını təmin edən digər eynimənalı formalar vasitəsilə keçirilən seçkilərdə öz əksini tapmalıdır (Maddə 21).

 

 

QHT.az xəbər verir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi BDU-nun Hüquq fakültəsi ilə birgə maddələrin sadələşdirilmiş izahlı videoçarxını hazırlayıb.