“Düşünürəm ki, təşkilatımızın səkkiz illik fəaliyyəti uğurlu olmuşdur. Xüsusuilə, milli qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasına verdiyimiz dəstəyi nailiyyət hesab etmək olar. Milli qəhrəmanlarımızın tanıdılması məqsədilə keçirdiyimiz tədbirlər, gənclərlə keçirilmiş görüşləri və veb saytın yaradılmasını qeyd edə bilərəm”.

Bu fikri Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyinin sədri Elşən Nağıyev QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2011-ci ildə təsis edilən, 2016-cı ildə isə dövlət qeydiyyatına alınan təşkilat bu illər ərzində bir neçə QHT koalisiyasına üzv olub və ictimai maarifləndirmə sahəsində Qeyri Hökumət Təşkilatları və mətbuatla əməkdaşlığı genişləndirib.

Qeyd edək ki, Təşkilat məqsədi, sosial məsələlər, bu sahədə yenilikləri haqqında maarifləndirmə, sosial-iqtisadi inkişaf sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ və ümumilikdə ictimai maarifləndirməyə yardım etməkdir.

 

 

Pərvanə Fərhadqızı