“WhatsApp” istifadəçilərinə yeni funksiya təqdim edib – məşhur messencerdə dairəvi video mesajlar peyda olub. Onlar səsli mesajları tamamlayacaqlar.
QHT.az xəbər verir ki, bir video üçün limit 60 saniyədir və qeyd video kamera / mikrofon işarəsinə uzun basmaqla başlayır. Bütün video mesajlar səssiz səsləndirilir, onu yandırmaq üçün videonun üzərinə klikləmək lazımdır. Siz həmçinin dərhal video çəkməyə başlamaq üçün mikrofon düyməsindən yuxarı sürüşdürə bilərsiniz.
Qeyd olunur ki, bu videomesajlar istifadəçilər üçün artan təhlükəsizlik səviyyəsini təmin etməklə uçdan-uca şifrələmə ilə qorunur. Onları birbaşa saxlamaq və ya yönləndirmək mümkün deyil, lakin ekran görüntülərini çəkmək mümkündür.
Pərvanə Fərhadqızı












