Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Region yürüşü" adlı veloyürüş keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) Velosiped İdman Klubu, Azərbaycan Respublikasının Gənclər Fondu və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş veloyürüşə 25-dən çox velosipedçi qatılıb.

Yürüşdə təşkilatçı qurumların üzvləri ilə yanaşı, milli komandamızın velosipedçiləri və yerli sakinlər də iştirak ediblər. İyulun 30-da velosipedçilər 60 km məsafəni əhatə edən Şəki-Qax-Şəki marşrutu üzrə hərəkət ediblər.

 

Pərvanə Fərhadqızı