Deputat Vüqar Bayramov neftin dünya bazar qiymətlərinin azalmasının Azərbaycan iqtisadiyyatına təsirlərini açıqlayıb.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Brent markalı neftin qiyməti 76 dollara enib: "ABŞ-da neft hasilatı artaraq gündəlik 13.3 milyon bareldən çoxdur. Neftin qiyməti Azərbaycanın valyuta daxilolmaları üçün vacibdir, çünki ixracatın təxminən 80 faizi neft və neft məhsullarından ibarətdir. 2024-cü ilin büdcəsində neftin qiyməti 60 dollardan 75 dollara qədər artırılıb. Neft gəlirlərinin manatın məzənnəsinə təsir edəcəyi və Mərkəzi Bankın ehtiyac olduqda valyuta bazarına müdaxilə edəcəyi vurğulanıb".