QHT.az xəbər verir ki, Sanvey Universitetinin Planetar Sağlamlıq Mərkəzinin icraçı direktoru professor Cəmilə Mahmudun fikrincə, COP29, ilk növbədə, insanların sağlamlığı deməkdir:
"İqlim dəyişikliyi və temperaturun 1,5 dərəcədən yuxarı qalxması ilə yanaşı, havanın çirklənməsi və biomüxtəlifliyimizdəki digər dəyişikliklər sağlamlığa ciddi təsir göstərir. Unutmamalıyıq ki, qalıq yanacaqlar da ciddi sağlamlıq problemləri yaradır. Biz ədalətli və təhlükəsiz keçidə doğru irəliləməliyik".










