Martın 2-də Şəmkir şəhəri Heydər Əliyev Mərkəzindıə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin “Ailə – gələcək inkişafın bünövrəsidir” adlı tədbirlərin təşkili layihəsinin icrası üzrə ilk tədbir  keçirilib.

 

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Rayon İcra Hakimiyyətinin əməkdaşı Ruhid Hacıyev iştirakçıları və qonaqları İcra Başçısı Rəşad Tağıyev adından salamlamış və tədbirə ugurlar arzulamışdır. Layihə rəhbəri Şahin Rəcəbov layihənin məram və məqsədləri barədə geniş məlumat vermiş, dövlətin sütunu olan ailə institutunun üzləşdiyi müxtəlif problemlər, ailə dəyərlərinə təsir edən amillər, cəmiyyətin bu istiqamətdəki narahatçılıqları, valideynlərarası münasibətlər, valideyn-övlad münasibətləri, valideyn məsuliyyəti və s. bu istiqamətdəki problemlər, çıxış yolları barədə geniş çıxış etmişdir. İştirakçılar arasındakı ailələlər öz ailə təcrübələri barədə fikirlərlə bölüşmüş, ailə dəyərlərinə təsir edən amillər və bu dəyərləri qorumaq, ailələri möhkəmlətmək üçün müxtəlif maraqlı təkliflərlə çıxış edərək, pedaqoji cəhətdən maarifləndirilmişlər.

 

 

Daha sonra layihə heyəti Şəmkirin Qədimqala kəndinin sakini, qazimiz Qasımov Rövşən Talıb oğlunun ailəsində qonaq olmuş, bu ailədə ailə dəyərlərinə olan münasibət, nümunəvi ailənin təcrübəsi barədə reportaj hazırlamışlar. Ailə dəyərlərinə yüksək qiymət verən nümunəvi ailələrin təcrübəsi sosial şəbəkələrdə, mediada geniş təbliğ olunacaqdır.

 

Şəmkir, İsmayıllı, İmişli, Şirvan, Masallı, Qusar rayonlarında 4 ay müddətində (1 fevral-1 iyun 2022-ci il) icra edilməsi nəzərdə tutulan layihənin məqsədi regionlarda ailə dəyərlərinin əhəmiyyətinin təbliğ etmək, ailələrə ailə dəyərləri, ənənələri barədə pedaqoji bilikləri aşılamaq, nümunəvi ailələrin ugur hekayələrini təbliğ edərək, ailə təsisatının möhkəmlənməsinə, bu sahədə maarifləndirməni yüksəltməyə yardım etməkdir.

 

Layihə çərçivəsində hər regionda valideynlərlə ailə ənənələrinə, valideynlərarası ünsiyyət, valideyn-uşaq münasibətlərində milli ailə dəyərlərinin əhəmiyyətinin təbliğinə yönəldilmiş pedaqoji maarifləndirmə görüşlərinin təşkili, regionlardakı nümunəvi ailələrdən reportajların hazırlanaraq sosial mediada onların ugur hekayələrinin təbliğ edilməsi planlaşdırılır

 

Layihənin növbəti tədbiri sabahdan başlayaraq İsmayıllıda Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Regional Mərkəzində həyata keçiriləcəkdir.