“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi "Vətən üçün hazır ol" adlı layihəsinin icrası çərçivəsində oktyabrın 9-da Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası mini futbol üzrə Qazax rayon turnirinə start verilib.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunur. Oktyabrın 13-də turnirin beşinci günündə ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiyqalıq sükütla yad edilib. "Gəncliyin Təşəbbüsü"Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri, Azər Əliyev turnir iştirakcılarına turnir haqqında ətraflı məlumat verərək donor haqda danışıb. Daha sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin idman şöbəsinin əməkdaşı İbrahimov Anar turnir iştirakçılarına uğurlar arzulayıb və bədən tərbiyyəsi və idmanla məşqul olmağa çağırıb.
Turnirin yarım finalında 4 komanda güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəklində keçən görüşün nəticəsi:
1) Məktəb lisey – Kosalar 5-2
2) I Şıxlı - Qazax 2№ 1-2
Məktəb lisey və Qazax 2 № komandası qalib gələrək finala vəsiqə qazanıblar.
Oktyabrın 14-də final oyunları keçiriləcək:
Saat 10-00 da I Şıxlı – Kosalar (3-4 yer uğrunda)
Saat 11-00 da Məktəb lisey - Qazax 2№ (1-2 yer uğrunda)
Pərvanə Fərhadqızı












