“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə “Vətən üçün hazır ol” adlı layihəsinin  icrası çərçivəsində  09.10.2023 – cü il tarixdə Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası  mini futbol  üzrə  Qazax rayon turnirinə start verilmişdir. 
 

QHT.az xəbər verir ki, oktyabrın 14-də turnirin  final görüşləri keçirilib.
İlk öncə Azərbaycan Respublikasının suverenliyi və Qarabağ müharibəsində şəhid olmuş bütün qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla  yad edildi . Turnirdə çıxış edən  layihənin rəhbəri, Əməkdar məşqçi Azər Əliyev turnir və donor haqda ətraflı məlumat verərək final iştirakçılarına uğurlar arzulayıb.

 

Daha  sonra çıxış edən Qazax rayonu üzrə təhsil sektorunun əməkdaşı Məmməd Məmmədov, idman mütəxəssisi Rəayət Əliyev turnir iştirakçılarına uğurlar arzuladılar  və bədən tərbiyəsi və idmanla məşğul olmağa cağırmışdırlar. 
 

Çıxışlardan sonra final görüşünə start verildi. Gərgin idman mübarizəsi şəklində keçən görüşlərin nəticəsi aşağıda kı kimi olmuşdur:
 

Üçüncü yer uğrunda görüş

I Şıxlı    2 - 0    Kosalar    
 

Birinci yer uğrunda görüş

Qazax  № 2    1 –  1   Məktəb Licey   (pen  3-1)
 

Yekun nəticələr:
I  yer -  Qazax  № 2    
II yer  -  Məktəb Licey     
III yer –  I Şıxlı    

 

 Turnir sonunda iştirakçılar və qonaqlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dəstək verdikləri üçün öz minnətdarlıqlarını bildiriblər.