Vərəm xəstəliyi hələ də bir infeksion xəstəlik kimi dünyada əsas ölüm səbəbi olaraq qalır: 20021-ci ilə qədər hər il 1,5 milyondan çox insan vərəmdən həyatını itirmişdir, onlardan 208.000-i İİV pozitiv idi Bununla birlikdə, 2035-ci ilin Vərəmə SON strategiyasının hədəflərinə çatmaq üçün azərbaycanın da iştirak edərək öhdəçilik götürdüyü ölkə liderlərinin qatıldığı Yüksək Səviyyəli Görüşdə edilən səyləri iki qat artırmaq və koordinasiyanı yaxşılaşdırmaq prioritet kimi qəbul edilmişdir. Vərəm bəşəriyyət üçün xüsusi bir problem olaraq qalır. 2020 -ci il hesablamalarına görə, 2018 -ci ildə bölgədə təxminən 259 min insan vərəm xəstəliyinə tutulmuş və 23 minə yaxın insan vərəmdən həyatını itirmişdir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkənin tibb müəssisələrində qeydiyyatda olan 14274 vərəm xəstəsi var. Azərbaycan üçün də vərəm problemi aktual olaraq qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, Avropa regionunda, o cümlədən Azərbaycanda vərəm əsas ictimai səhiyyə problemidir. ÇDD vərəm yükü yüksək olan 30 ölkənin sırasına daxil olan Azərbaycanda vərəmlə mübarizə işi Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi ilə Vərəmlə Mübarizə üzrə Milli Proqram və Qlobal Fondun layihəsi çərçivəsində vərəm əleyhinə xidmət tərəfindən həyata keçirilir.
Bu gün dünyada tüğyan edən vərəm xəstəliyinin tək tibbi deyil eləcə sə sosial bir problem olduğu qəbul edilmişdir. Ölkəmizdə vərəmin təsirinə məruz qalmış insanlar arasında güclü stiqmanın olması bu istiqamətdə vətəndaş məlumatlılığının az olmasından və xəstəliyə yanaşma tərzinə fərqli baxımların mövcudluğundan bu sahədə maarifləndirmə işlərinin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin əsas rolunun vurğurlanmasına səbəb yaradır və bu sahəyə vətəndaş cəmiyyəti təşkilatlarının da sıx qatılmasını vacib etmişdir.
Bu istiqamətdə 12 aprel 2022-ci il tarixində Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi “İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mövzusunda əhalinin maarifləndirilməsi” layihəsinə start vermişdir.12.04.2022-ci il tarixində həmin layihənin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Layihənin icra planına əsasən maarifləndirmə sessiyaları Nizami rayonu 4 saylı, Xəzər rayonu 7 saylı vərəməleyhinə dispanserlərdə, Xəzər rayonu 9 saylı xüsusiləşdirilmiş vərəm xəstəxanasında və Sumqayıt vərəm xəstəxanasında icra edilmişdir. Maarifləndirmə işi zamanı yoluxmadan qorunma və xəstəliklərin profilaktikası mövzusunda ərsəyə gətirilmiş birdəqiqəlik animasiya filmi nümayiş etdirilmiş, eyni mövzuda maarifləndirici vəsaitlər pasientlərə plakatlar isə xəstəxana və dispanserlərə paylanmışdır. Layihənin yekun hesabat konfransında Maarifləndirici söhbətlər zamanı pasientlər eyni zamanda da həkimlər ilə görüşlər zamanı qeyd olunmuş fikirlər, iş prosesi zamanı təklif edilən məqamlar qeydə alınmış və təkliflər paketi formasında müvafiq icra strukturuna təqdim edilməmişdən öncə iştirakçılara oxunmuşdur. Eyni zamanda da dəvət olunmuş vərəmdən müalicə müəssisələrinin baş həkimləri, qonaq qismində dəvət olunmuş QHT rəhbərləri və vərəmin təsirinə məruz qalmış pasientlərdən vaxtilə təşkilatın xidmətlərindən faydalanmış vətəndaşlardan bəzilərinin təşkilatın fəaliyyətləri barəsində həm canlı həm də video yazıları dinlənildi.












