Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycanın regionlarında  hemofiliya və digər koaqulopatiyalı insanlar üçün çoxprofilli yardım qruplarının yaradılması layihəsini reallaşdırır. Layihə Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə həyata keçir.

 

QHT.az xəbər verir ki, 15 aprel 2022-ci il tarixdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Naxçıvan Mərkəzi  Xəstəxanasının nəzdində hemofiliya və digər qanın laxtalanma pozğunluğu ilə olan pasiyentlərə xüsusi qayğı üçün müasir avadanlıqlarla stomatoloji kabineti təchizatlandırdı.

 

 Kabinetin açılışında TƏBİB -in məsul baş mütəxəssisi və  Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndə heyəti iştirak etdi.