ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyədə baş verən və Suriyanı da vuran zəlzələlərdə həyatını itirənlərin xatirəsinə şamlar yandırılaraq bir dəqiqəlik sükutla yad edilib.
QHT.az xəbər verir ki, episentri Kahramanmaraş olan, ümumilikdə 11 vilayət və Suriyanı vuran 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə və Suriyaya həmrəylik mesajları göndərilir.
ABŞ-ın paytaxtı Vaşinqtonun Dupont Circle bölgəsində zəlzələlərdə həyatını itirənlərin xatirəsinə şamlar yandırılaraq bir dəqiqəlik sükutla yad edilib.
Türk, suriyalı və amerikalıların iştirakı ilə keçirilən həmrəylik tədbirində şamların yandırıldığı əraziyə “Yüzlərləsi hələ də dağıntılar altındadır” və “Sərhədsiz yardıma davam edin” sözləri yazılmış plakatlar da qalıb. Natiqlər “Türkiyənin və Suriyanın yanındayıq” mesajını veriblər.












