İsrail Müdafiə Qüvvələrinin (IDF) qrupları Kahramanmaraşda 26 yaşlı qadını binanın dağıntıları altından sağ çıxarıb.
QHT.az xəbər verir ki, pisentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra ölkəyə gələn Xarici Axtarış-Xilasetmə qrupları işlərini davam etdirir. İsrail Müdafiə Qüvvələrinin (IDF) axtarış-xilasetmə qrupu Kahramanmaraşda dağıntılar altındakı işlərə dəstək verir.
İDF komandası zəlzələ nəticəsində dağılmış binanın dağıntıları altından 26 yaşlı qadını sağ çıxara bilib. Fərqli məqamda komanda dağıntılar altından 65 yaşlı kişini xilas edib.
Türkiyədə zəlzələ bölgələrində fəaliyyət göstərən İDF qruplarının indiyədək uçan binalardan 10 nəfəri xilas etdiyi açıqlanıb.












