İyunun 12-də Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisində Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirməsi üzrə nümayəndə heyəti  ilə Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının bir qrup üzvləri arasında  görüşüb keçirilib.
 

QHT.az xəbər verir ki, görüşdə ölkədə vərəmlə mübarizədə QHT-lərin rolu, və vərəmin təsirinə məruz qalmış icmaların iştirakı müzakirə edilib.


Görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirməsi üzrə nümayəndə heyətinin üzvləri Cəvahir Süleymanova, Andrei Mosneaga, Askar Yedilbayev, Oqtay Gözəlov və QHT Koalisiyasının üzvləri  Elçin Muxtarlı, Samirə Məmmədova, Çingiz Ramazanlı, Pərvanə Vəliyeva, Məranət Qaraxanlı və Ziba Nəbiyeva iştirak ediblər.