Bütün dünyada peyvəndlərin yoluxucu infeksiyaları və onların fəsadlarını aradan qaldıran əvəzolunmaz vasitə olduğu fikri qəbul olunmuşdur. Əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən peyvəndləmə Ümumdünya Səhiyyə Təşkilatının rəyi və nəzarəti altında icra edilir.
"Uşağın vəziyyətindən asılı olaraq həyatın 12-ci saatında hepatit B peyvəndi daha sonra 4-7-ci günündə BCG peyvəndi alır. Əvvəllər OPV peyvəndi də olunurdu, indi artıq doğum evlərində o peyvənd edilmir. Sonra 2, 3, 4, 6,12,18 aylarında dövrü olaraq peyvəndləmə həyata keçirilir. 2, 3, 4 aylarında HiB,GDT, HEP B-yə qarşı və OPV-poliomielit xəstəliyinə qarşı peyvəndləmə, 2, 4, 6 aylarında PK (pnevmokokk) 3 ve 6 aylarında IPV peyvəndi,18 ayında AGDT(GOYOSKUREK, DIFTERIYA,TETANUS). Bu adı çəkilən peyvəndlərdən biri də QPM (qızılca, məxmərək və parotitə qarşı edilən) peyvəndi 1 yaşında vurulur. Rotavirus, su çiçəyi, hepatit A əleyhinə və.s vurulacaq peyvəndlər özəl klinikalarda olunur"- bu sözləri həkim-pediatr Aygün Cəfərli QHT.az- a açıqlamasında qeyd edib.
Həkim-pediatr həmçinin bildirib ki, naməlum heyvanların cırmaqlaması nəticəsində də peyvəndlər vurulmalıdır: “Əgər uşaq 1 il müddətində ADT peyvəndi alıbsa, uşağa peyvənd olunmur. Əgər uşaq 7-8 yaşından yuxarıdırsa, ADT almağından 5 il keçibsə onda uşağa peyvənd olunmalıdır. Əvvəlcə xəstəxanada, sonra isə poliklinika şəraitində 3 dəfə antirabik peyvənd olunur. Biz bilə bilmirik o heyvanın mənşəyi nədir, quduzdur, ya yox. Bu bizim dövlət proqramıdır. Rutin olaraq peyvəndlər olunmalıdır!”
Pərvanə Fərhadqızı












