Dekabrda dünyada Covid-19-dan 10,000 ölüm qeydə alınıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, 2023-cü ilin dekabrında noyabr ayı ilə müqayisədə xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayı 42%, reanimasiya şöbəsinə yerləşdirilənlərin sayı isə 62% artıb. “Bunu 50-dən az ölkədən, əsasən də Avropa və Amerikadan əldə edilən məlumatlar sübut edir. Şübhəsiz ki, digər ölkələrdə qeydə alınmayan artım var”.

 

 

Pərvanə Fərhadqızı