Dekabrın 14-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəlaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Gürcüstan Respublikası üzrə Beynəlxalq nümayəndəsi Nəsimi Sadıqlı tərəfindən Gürcüstanın Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyəti muzeyində “Uşaq hüquqları - inkişaf üçün birləşək!” mövzusunda təlim keçiriləcək.
QHT.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd Gürcüstanda yaşayan azərbaycanlı həmyaşıdlarımızın maarifləndirilməsi işini həyata keçirməkdir.












