İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikası Ticarət Nazirliyi, Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 mlrd. dollar, Türkiyə Azərbaycan iqtisadiyyatına 13 mlrd. dollar investisiya yatırıb: “Bir millət, iki dövlət Azərbaycan və Türkiyə birlikdə yeni iqtisadi zirvələri fəth edəcəklər”.

Qeyd edək ki, tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən energetika, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

 


Pərvanə Fərhadqızı