QHT.az xariic mediaya istinadən xəbər verir ki, Cenevrədə keçirilən BMT-nin Yerli Xalqların Hüquqları üzrə Ekspert Mexanizminin 19-cu sessiyası 17 iyul tarixində başa çatıb. Sessiyada iştirak edən çoxsaylı beynəlxalq qeyri-hökumət təşkilatları yerli xalqların torpaq, təhsil, mədəni irs və ətraf mühit hüquqlarının daha effektiv qorunması üçün dövlətləri konkret addımlar atmağa çağırıblar. 

QHT nümayəndələri bildiriblər ki, iqlim dəyişikliyi, təbii ehtiyatlardan qeyri-davamlı istifadə və inkişaf layihələri bir çox yerli icmaların həyat tərzinə və hüquqlarına mənfi təsir göstərir. Təşkilatlar qərarların qəbulunda yerli xalqların iştirakının təmin edilməsinin və onların hüquqlarının beynəlxalq standartlara uyğun müdafiəsinin vacibliyini vurğulayıblar. 

Sessiyanın yekununda vətəndaş cəmiyyəti nümayəndələri hökumətləri yerli xalqların hüquqlarına dair öhdəliklərin icrasını gücləndirməyə və QHT-lərlə əməkdaşlığı genişləndirməyə çağırıblar.