Azərbaycan Dövlət İqtisad Universitetində MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) ilə əməkdaşlıq memorandumu imzalanıb.
QHT.az xəbər verir ki, Universitet -sənaye işbirliyinin müasir formaları, təhsildə iş dünyasının rolunun artırılması və müvafiq vərdişlərin formalaşması prosesinə cəlb edilməsi kimi məsələlər də müzakirə edilib. MÜSİAD 1990-cı ildə İstanbulda sosial, mədəni, siyasi, iqtisadi, elmi və texnoloji inkişafa töhfə vermək üçün yaradılıb. 82 ölkədə ümumilikdə 164 şöbə ilə xidmət edən və 60 min şirkəti özündə birləşdirən təşkilatdır.
Universitetin rektoru Ədalət Muradov UNEC-ə ayırdığı diqqətə görə MÜSİAD İdarə Heyətinin Sədri hörmətli Rəşad Cabirliyə və onun komandasına təşəkkür edib.
Pərvanə Fərhadqızı












