Bu gün "Ümumilli lider Heydər Əliyevin apardığı hüquqi islahatlar və onların əhəmiyyəti" mövzusunda Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi elmi-praktiki konfrans təşkil edib.
QHT.az xəbər verir ki, dövlət orqan və qurumlarının əməkdaşlarının, beynəlxalq təşkilat təmsilçilərinin, həmçinin vətəndaş cəmiyyətinin, o cümlədən, media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Mediasiya Şurasını Bakı 4 saylı Mediasiya Təşkilatının mediatoru Mayil Bayramov təmsil edib.
Qeyd edək ki, mediatorlar həm fərdi şəkildə, həm də mediasiya təşkilatlarında fəaliyyət göstərə bilər. Fərdi şəkildə fəaliyyət göstərmək istəyən mediatorlar Mediasiya Şurasının idarə heyətinin sədrinə ərizə və qanunla müəyyən edilmiş qaydalara əsasən, lazım olan digər sənədləri təqdim etməlidir.
Pərvanə Fərhadqızı












