"Bu gün Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş Katibi xanım Nqozi Okonyo-İvealanı UNEC-də qonağımız oldu. İqtisadiyyat nazirinin müavini hörmətli Səməd Bəşirlinin və ÜTT Katibliyində Azərbaycan üzrə İşçi Qrupun sədri, Türkiyənin ÜTT yanında daimi nümayəndəsi hörmətli səfir Alparslan Acarsoyun da iştirak etdiyi tədbirdə maraqlı çıxışlar dinlədik və ÜTT-nin müxtəlif aspektləri, o cümlədən Azərbaycanın üzvlük məsələlərini müzakirə etdik. Sonda iştirakçıların çoxlu sualları xanım Baş Katib tərəfindən cavablandırıldı".
QHT.az xəbər verir ki, bu sözləri UNEC rektoru, professor Ədalət Muradov bildirib.
Qeyd edək ki, bu tədbir, Azərbaycanın beynəlxalq ticarət sistemindəki rolunu gücləndirmək və ÜTT ilə əməkdaşlığını inkişaf etdirmək baxımından mühüm bir platforma təmin edir.
Pərvanə Fərhadqızı










