UNEC-də tanınmış iqtisadçı-ekspert, UNEC-in müəllimi Eldəniz Əmirovun müəllifi olduğu "Avrasiyanın Arteriyaları" adlı kitabının təqdimat mərasimi keçirilib.

QHT.az xəbər verir ki, kitabda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin hər birinin ayrı-ayrılıqda qlobal geosiyasətin əsas komponentinə necə çevrildiyinin detalları hərtərəfli təhlil edilib. Eləcə də Avrasiyanın 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin yaranma tarixi, əhatə coğrafiyası, texniki-iqtisadi göstəriciləri, iştirakçı ölkələr və bu ölkələrin toqquşan maraqları, hər bir dəhlizin perspektivlərinə dair geniş məlumat verilib.