BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, ADA Universiteti və Bolonya Universitetinin əməkdaşlığı ilə təsis edilən Kənd təsərrüfatı və Qida Elmi fakültəsinin açılışı və Ümumdünya Qida Günü qeyd olunub.
QHT.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və universitetin tələbə-müəllim heyəti iştirak edib. Açılışa həsr olunmuş sərgidə İtaliya-Azərbaycan Universiteti layihəsinin sertifikat proqramı iştirakçılarının təmsil etdiyi şirkətlərin, italyan markalarının, eləcə də FAO-nun dəstəyi ilə ərsəyə gəlmiş “Yurdumun ləzzəti” brendinin qida məhsullarının dequstasiya və təqdimatı olub.
Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Ümumdünya Qida Günündə dünyanın diqqətini qida təhlükəsizliyinə yönəldir. 2023-cü ildə tədbirlər “Su həyatdır, Su qidadır” şüarı ilə keçirilir.
Pərvanə Fərhadqızı












