“Y.E.T.Ə.R”- Azərbaycanda qadın və qızların hüquqlarının və səsinin təbliği və səfərbər  edilməsi” layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Gənc Liderlər Təhsil Təlim və İnkişaf” İB tərəfindən icra edilir.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihənin məqsədi Azərbaycanda genderə həssas innovativ texnologiya yönümlü alətlər vasitəsilə qadınların hüquqlarını, gender bərabərliyini təşviq etmək və qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaqdır. Layihə Azərbaycanın Gəncə və Qazax rayonlarını əhatə edir.

Layihə çərçivəsində növbəti tədbir Qazax şəhərində qrup müzakirəsi formatında keçirilib.  Qrup müzakirəsi Təmas Reqional İnkişaf İçtimai Birliyi, Qaza rayon Icra hakimiyyeəti ilə əmədaşlıqda həyata keçirilib. Aparıcılar gender üzrə ekspertlər Kubra Ələkbərova və Rafiq Muradov Qazax şəhər sakinləri olan aktiv qadınlar və yerli QHT və dövlət nümayəndələrindən ibarət ən azı 15 nəfərdən ibarət olanqrupla “iş yerində gizli ayrı-seçkiliyə dair” fokus qrup müzakirəsi təşkil etdilər.

Qeyd edək ki, tədbir zamanı ayrı-seçkilik əleyhinə Avropa hüququnun məzmunu, Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyası, Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Xartiyası, BMT-nin insan hüquqları üzrə sazişlərində nəzərdə tutulan hüquqların reallaşmasında qarşılaşılan problemlər müzakirə olunub.

 

 

Pərvanə Fərhadqızı