Türkiyədə Mersin şəhərində meşə yanğını baş verib. Bölgəyə sövq edilən qruplar alovları idarə etmək üçün havadan və qurudan müdaxiləyə başladı.

QHT.az xəbər verir ki, saat 18.00 radələrində naməlum səbəbdən yanğın baş verib. Xəbərdarlıq üzərinə bölgəyə 3 yanğınsöndürmə vertolyotu, çoxlu sayda su çiləyicisi, ilk müdaxilə vasitələri və qruplar sövq edilib. Ekipajlar alovun nəzarət altına alınması üçün işə başlayıb.

 

Pərvanə Fərhadqızı