İspaniyada bir mağaza "sadəcə baxmaq üçün" gələn turistlərdən pul alır.

QHT.az xəbər verir ki, Barselonadakı suvenir dükanına hər gün çoxlu sayda turist gəlir. Onların çoxu mal almır, sadəcə olaraq baxaraq növbələr yaradır. Mağaza sahibləri elan yerləşdiriblər ki, “sadəcə baxan” ziyarətçilər 5 avro ödəməlidirlər. Bu elan növbələrin sayını xeyli azaldıb.

Lakin sosial şəbəkə istifadəçiləri bu fikirlə razı deyillər. Mağaza rəhbərliyini həddindən artıq tamahda ittiham ediblər.

 

Pərvanə Fərhadqızı