Türkiyə Respublikasında “İstək” Vakfının, “Yeddi Təpə” Universitetinin qurucusu, tanınmış ictimai və dövlət xadimi, Böyük türkçü Bədrəddin Dalan ölkəmizə səfər çərçivəsində ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyini ziyarət edərək gələcək birgə layihələr barəsində müzakirə aparılıb.

QHT.az xəbər verir ki, qəhrəman şəhidlərimizin uyuduğu Fəxri xiyabanda şəhidlərimizin məzarları ziyarət olunaraq, müqəddəs ruhlarına dualar oxunub.

Xatırladaq ki, keçən il şəhidlərimizin tələbə övladları “Yeddi Təpə” Universitetinin dəvəti ilə yay düşərgəsində iştirak edərək, maraqlı, intellektual təcrübə mübadiləsinə qatılıblar. Bu cür layihələrin davamlı olaraq inkişafı nəzərdə tutulub.