Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elməddin Əlizadə 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2016-cı ildə hərbi xidmətdə olarkən "Aprel döyüşləri"ndə düşmən hücumunun qarşısının alınmasında iştirak edib. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib və 9 noyabr tarixində Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Elməddin Əlizadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!