"Yeşilçam"ın veteran aktyoru Yaşar Yağmur 74 yaşında dünyasını dəyişib
QHT.az xəbər verir ki, uzun müddətdir şəkər xəstəliyi ilə mübarizə aparan və Balıkəsirdə Gönen rayonunun Ekşidere kənd məhəlləsindəki evində xəstələnən Yaşar Yağmur Gönen Dövlət Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Yağmur infarkt keçirərək həyatını itirib, bütün səylərə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Evli və üç uşaq atası olan usta aktyor “Yeşilçam” filmindən başqa bir çox rollar alıb. “Bu dünya”, “Həzrəti Yusif”, “Yuvasız quşlar”, “Ata ataları” və “İsrafsızlar” filmləri ilə tanınan aktyor 35 filmdə oynayıb.
Pərvanə Fərhadqızı












