Füzuli rayonunun Horadiz şəhərində 1965-ci il aprelin 29-da dünyaya gələn Vidadi Hüseynov vəfat edib.
QHT.az xəbər verir ki, o, 1990-cı ildə BDU-nun Filologiya fakültəsinə qəbul olunub. Bir il sonra isə Jurnalistika fakültəsinə keçib və 1995-ci ildə oranı bitirib. Uzun müddət AzTV-də çalışıb, müxtəlif verilişlərin müəllifi və aparıcısı olub. Uzun illər televiziya sahəsində çalışıb, “İctimai TV”nin redaktoru olub.
Qeyd edək ki, uzunsürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. O, Füzuli rayonu, Horadiz şəhərində torpağa tapşırılacaq.
Allah rəhmət eləsin.
Pərvanə Fərhadqızı












