Xorvatiyanın Zaqreb şəhərində Avropa Hemofiliya Konsorsiumunun təşkilatçılığı və 44 avropa ölkəsinin iştirakı ilə elmi konfrans keçiriləcək. Konfransda əsas mövzular hemofiliyanın müasir üsullarla müalicəsi, Villebrand xəstəliyinə xüsusi yanaşma və müalicə, diqər koaqulopatiyalı pasientlər və sair olacaq.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov QHT.az-a bu barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycan təmsilçisi olaraq elmi konfransda iştirak edəcək: “Tibbin ən son nailiyyətləri haqqında məlumatları toplayıb, əminəm ki, Azərbaycanda tətbiq edə biləcəyik”.
Qeyd edək ki, hemofiliyanın müalicəsinin müasir beynəlxalq standarlara uyğunlaşdırılması yönündə köklü islahatlara artıq bir neçə aydır başlanılıb və bu işdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası dövlət səhiyyə qurumlarının fəaliyyətində işlərin tez bir zamanda həll edilməsi üçün dəstəyini göstərir.

 


Pərvanə Fərhadqızı