Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

 

Daxil olan vətəndaş müraciəti əsasında Bərdə rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Şərifi Xaliq Əli oğluna məxsus “Söyüdlük” kafesində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı ictimai iaşə müəssisəsində qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müəyyən olunub, həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb.

 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, ictimai iaşə müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.