Bu gün "Təmiz Dünya" Qadınlara Yardım İctimai birliyi "Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi" mövzusunda Dəyirmi Masa keçirib.
QHT.az xəbər verir ki, görüşdə Yasamal Rayon İcra Hakimiyyetinin şöbə müdirinin müavini, Məişət zorakılığı ilə mübarizədə cinayət təqibində mövcud problemlər- DİN-in Baş ictimai Təhlükəszilik İdarəsinin Şöbə rəis müavini polis mayoru İmran Əliyev məişət zorakılığı ilə mübarizədə yerli İH rolu, mövcud boşluqlar və çətinliklər mövzusunda, Bakı şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis polkovnik leytinantı Kəmalə Ələkbərova yetkinlik yaşına çatmayanların məişət zorakılığına məruz qalması mövzusunda, QHT- Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova Məişət zorakılığı ilə bağlı cinayət təqibində boşluqlar və zərərçəkmişlərin təhlükəsizliyi mövzusunda, Qadın Təşəbbüsü və Sosial Problemlerin Həllinə Yardim IB və Vəkillər kollegiyasının üzvü- Ruslan Mustafazadə məişət zorakılığı haqqında qanunvericiliyin və məhkəmə praktikasının təkmilləşdirilməsi zərurəti mövzusunda, Qadın Gundəliyi Milli Dialoq Platformasinın sədri - Pərvanə Məmmədova məişət zorakılığını törədən şəxslərlə bağlı beynəlxlaq təcrübə çıxışlar ediblər və həmin çıxışlar ətrafında maraqlı müzakirələr baş tutub.
Tədbir səmimi dialoq mühitində yekunlaşmışdır. Tədbir, Yasamal rayonu ərazisində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində keçirilib.












