Son illərdə bütün dünyada sosial qütbləşmə geniş vüsət alan bir fenomenə çevrilib. Qütbləşmə, cəmiyyətin müxtəlif təbəqələrinin dəyərlərinə, inanclarına və ideyalarına görə bir-birindən ayrılaraq, əks düşərgələrə bölündüyü vəziyyətdir. İnsanların bir-birindən qopmasına və sosial əlaqələrin zəifləməsinə səbəb ola bilər. Bu səbəbdən sosial qütbləşmənin səbəbləri, nəticələri və həlli təklifləri üzərində dayanmaq lazımdır.
"Təmas” regional inkişaf ictimai birliyinin sədri Südabə Məmmədova artan siyasi qütbləşmə, ictimai birlik və həmrəyliyi təmin etmək üçün atılacaq addımlar barədə QHT.az-a münasibətini bildirib. QHT sədi qeyd edib ki, sosial qutbləşmə çox təhlükəli, insanları bir-birinə qarşı qoyacaq bir fenomendir: “Dini inanclar, sosial şəbəkələrdə dini səhifələr var, onlar digər insanların fikirlərini birmənalı şəkildə qəbul etmək istəmirlər, hətta şərhlər yazılanda belə öz kəskin radikal mövqelərini ortaya qoyurlar. Belə bir hal araşdırmışam ki, bəzən kimisə linc etmək kimi sosial şəbəkələrdə belə bir tendensiya olur. Yəni qarşı tərəfi dinləmədən, o hansısa vəzifədə oturubsa o bu yerə əyri yollarla gəlib kimi fikir formalaşdırmağa çalışırlar. Kimisə gözdən salmaq istəyirlərsə, birinci onu ələ salmağa, guya hansısa psixoloji problemləri var, insan kimi məzxərəyə qoyulur, linc edilir. Zaman –zaman sanki insanlar bir-birilərinə düşmən kəsilirlər. Bu düşmənçiliyin də kökündə insanı sevməmək faktoru durur. Ünsiyyətsizlikdən bu hallara gəlib çıxırlar. Sosial şəbəkədə çox vaxt keçirmək insanları kəskin şəkildə ünsiyyətini bloklayır. İnsanlar ünsiyyəti sosial şəbəkələ üzərindən aparırlar. Bu isə istənilən hallarda real olmayan münasibətlərdir. Sevgisiz insanlar nifrət püskürməyə başlayırlar. Dünyada bu sanki bir ölkə daxilində vətəndaş müharibəsinə gətirib çıxaracaq”.
Südabə Məmmədova hesab edir ki, bu sahəni yetişdirən mütəxəssislər, müəyyən qanunlar olmalı, bu sahədə addımlar atılmalıdır.
Pərvanə Fərhadqızı












