“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı II gənclər düşərgəsinin ikinci günü maraqlı və məlumatlandırıcı tədbirlərlə yadda qaldı.
QHT.az xəbər verir ki, düşərgənin ikinci günündə iştirakçılar tariximizin əhəmiyyətli məqamlarını və milli yaddaşımızı daha dərindən öyrənmək imkanı əldə etdilər. İkinci günün əsas məqamlarından biri, tanınmış tarixçi və mütəxəssislərin təqdim etdiyi seminarlar oldu. İştirakçılar, Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən məruzələr dinlədilər və tarixi hadisələrin milli kimlik və yaddaşımıza təsirini müzakirə etdilər.
Gənclər düşərgəsinin iştirakçıları, praktiki sessiyalar vasitəsilə tarixi biliklərini daha da möhkəmləndirmək imkanı qazandılar. Bu sessiyalarda iştirakçılar qruplara bölünərək müxtəlif tarixi hadisələri canlandırdılar və həmin dövrlərin atmosferini hiss etdilər.
Pərvanə Fərhadqızı










