Qubada keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı II gənclər düşərgəsi çərçivəsində gənclər Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən sərgi ilə tanış olublar. Tədbir Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

QHT.az xəbər verir ki, bu tədbir, gənclərin milli yaddaşının gücləndirilməsi, tarixi hadisələrin gənclər arasında yayılması və mədəni irsin qorunması məqsədi daşıyır. Sərgidə iştirakçılar Qərbi Azərbaycanla bağlı tarixi faktlar, sənədlər və şəkillər haqqında məlumat alıb, həmin ərazilərin keçmişi və mədəni irsi barədə daha dərindən tanış olublar.

Belə tədbirlər, gənclərin milli şüurunun artırılmasında və tarixi biliklərinin zənginləşdirilməsində mühüm rol oynayır.

 

Pərvanə Fərhadqızı